XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

26 Mart 2018 - 15:09

Moskva “diplomatik blokada”da –Polşa və Pribaltikadakı səfirlər XİN-ə çağrıldı

Rusiyanın Polşada və Baltik ölkələrindəki səfirləri həmin ölkələrin xarici işlər nazirliklərinə çağırılıb.

Bu haqda Rusiya xəbər agentlikləri yazır. Qeyd edək ki, Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsinə cavab olaraq ABŞ prezidenti Donald Tramp azı 20 rusiyalı diplomatı ölkədən çıxara bilər. Bu haqda beynəlxalq və ABŞ mediası yazıb. CNN və “Reuters”in martın 25-də bildirməsinə görə, qərar martın 26-da verilə bilər. Bu, avropalı müttəfiqlərin atacağı addımlardan da asılıdır.

Keçmiş casus Sergei Skripal və qızı Yulia martın 4-də Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Onların sinir qazıyla zəhərləndiyi bildirilir və hazırda ağır vəziyyətdə xəstəxanadadırlar. (Azadlıq radiosu)