XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 March 2015 - 10:54

Planetin ən “bədbəxt ölkələri”

Türkiyə və Rusiya da bu sıradadır

Картинки по запросу умирающие от голода

Bloomberg-in analitikləri 2015-ci ildə iqtisadiyyatı daha ağır durumda olacaq 15 ölkənin ölkənin siyahısını tərtib edib.

Strateq.az Expert.ru-ya isnadən xəbər verir ki, hazırda ciddi böhran yaşayan Rusiya da “qara siyahı”nın ortasındadır. Siyahıya isə Güney Amerikanın iki dövləti – Venesuela və Argentina başçılıq edir.

Bloomberg-in “qara siyahı”sına inansaq, onda bu il dünyanın ən “bədbəxt” ölkələri Venesuela, Argentina, Güney Afrika, Ukrayna və Yunanıstan olacaq. Siyahıda daha 10 “bədbəxt” ölkə var: İspaniya, Rusiya, Xorvatiya, Türkiyə, Portuqaliya, İtaliya, Kolumbiya, Braziliya, Slovakiya, İndoneziya.

“Bədbəxtlik” indeksi sadə bir formul əsasında hazırlanıb: bəla=işsizliyin səviyyəsi=istehlak qiymətlərinin indeksində dəyişikliklər.