XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2018 - 21:30

Kataloniyanın separatçı lideri məhkəmə qarşısına çıxarılıb –Almaniyada

Kataloniyanın sabiq lideri Almaniya məhkəməsi qarşısına çıxarılıb. O, İspaniyanın beynəlxalq həbs sanksiyası ilə nəzarət altına alınıb.

Almaniya vəkilləri onun ekstradisiyası ilə bağlı qərarın verilməsinin bir neçə gün çəkəcəyini bildirir. Kataloniyanın vəzifəsindən kənarlaşdırılan prezidenti Karles Puçdemon Danimarka sərhədini keçməyə cəhd edərkən Almaniyada saxlanıb.

Associated Press xəbər agentliyinin verdiyi məlumata görə, Puçdemonun həbsi İspaniyada bir neçə nümayişin keçirilməsinə səbəb olub. “Puçdemon Belçika məhkəməsinə təhvil olmaq üçün Belçikaya yollanırdı”, Jaume Alonso-Kevilyas Tvitter səhifəsində mesajında yazıb.

Onun həbsi İspaniya Ali Məhkəməsinin cümə günü Kataloniyanın 13 separatçı liderinə qarşı keçən il İspaniyadan müstəqillik elan etmək cəhdi ilə əlaqədar üsyana qalxmaq və başqa cinayətlərlə bağlı ittiham irəli sürülməsi haqda qərarından sonraya təsadüf edir.

Keçən həftə regionun prezidentliyinə namizəd olmuş Jordi Turul da Kataloniyanın müstəqilliyinə cəhddə rolu ilə əlaqədar nəzarət altına alınıb. Bununla, Kataloniya parlamenti üçüncü dəfədir ki, yeni prezidenti nominasiya edə bilmir. (Amerikanın Səsi)