XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

27 Mart 2018 - 16:35

Jirinovskidən Qərblə qarşıdurmaya ilginc şərh:"Xarici təhdid olmadan Avropanı necə saxlamaq olar ki?"

"ABŞ-dan, Kanadadan və Avropa ölkələrindən rusiyalı diplomatların çıxarılması onu göstərir ki, Avropaya Rusiyanın simasında düşmən lazımdır".

Bunu rusiyalı deputat Vladimir Jirinovski öz “Telegram” kanalında yazıb.

O qeyd edib ki, bu addımın məqsədi Avropa İttifaqını (Aİ) parçalamaqdan qorumaqdır: “Avropa İttifaqı parçalanaır. Bəs, onu xarici təhdid olmadan necə saxlamaq olar? Qorxu amili lazımdır. Müsəlmanlar artıq onlar qorxutmur, Avropa ölkələrində ərəb ölkələrindən artıq milyonlarla qaçqın yaşayır. Çin isə çox uzaqdadır. Ona görə də, ancaq Rusiya qalır”.

Qeyd edək ki, martın əvvəllərində Böyük Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 23 ölkə Rusiyanın 137 diplomatını ölkədən çıxarıb/Trend.