Türkiyədə insan tələfatı ilə nəticələnən avtobus qəzası baş verib.
Azərtac xəbər verir ki, Çorum vilayətində sərnişin avtobusunun yol kənarındakı ağaca çırpılması nəticəsində 2 nəfər həlak olub, 33 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Rəsmi məlumatda bildirilir ki, hadisə Osmancık rayonunun 10-cu kilometrində Trabzon-İstanbul şosesində baş verib. Qəzada həlak olanlar avtobusun sürücüsü və onun köməkçisidir.