XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

28 Mart 2018 - 13:29

ABŞ vətəndaşlarının 58 faizi Trampın Rusiya ilə əlaqəsinin araşdırılmasını istəyir –SORĞU

Amerikalıların 58 faizi prezident Donald Trampla Rusiyanın iddia olunan əlbirliyinin hərtərəfli araşdırılmasını istəyir. 36 faiz bu araşdırmanı müxalifətin Trampı gözdən salmaq cəhdi hesab edir.

Bu rəy sorğusunu CNN telekanalı keçirib. Bu rəqəmlər təxminən elə fevraldakı kimidir. Baxmayaraq ki, Trump o vaxtdan istintaqa, özəlliklə də xüsusi müşavir Robert Mullerə qarşı ritoritakını gücləndirib.

Son bir ay- ayyarımda bəlli olub ki, Muller istintaqı genişləndirib, Trampın Rusiyadakı maliyyə əməliyyatlarını da araşdırmağa başlayıb. Bu arada respublikaçıların – Nümayəndələr Palatasının kəşfiyyat komitəsi üzvlərinin hesabatı açıqlanıb, Rusiyayla Trampın seçki kampaniyası arasında əlbirliyin olmadığı bildirilib. Di gəl, elə fevralda olduğu kimi, respondentlərin 48 faizi Mullerin istintaqa yanaşmasını dəstəklədiyini, 32 faizi isə prezident Trampın mövqeyini düzgün saydığını bildirib. Bu məsələdə Trampın mövqeyinin aşağı olduğu üz çıxıb. Hətta öz partiyadaşları arasında belə. Respublikaçıların cəmi 61 faizi Ağ ev rəhbərinin “Rusiya istintaqı”yla bağlı mövqeyini paylaşır. Digər məsələlərdə isə ona dəstək 70 faizdən az deyil.

Respublikaçıların 77 faizi hesab edir ki, Tramp istintaqla adekvat əməkdaşlıq edir. Müstəqil seçicilərin 42 faizi bu fikirlə razıdır, demokratlara səs verənləri isə cəmi 6 faiz belə düşünür. Respublikaçıların yalnız 54 faizi düşünür ki, Tramp and içərək Mullerin komandasına ifadə verməlidir. Demokratların düşərgəsində yalnız 92 faiz bu ideyanı dəstəkləyir.

Demokratlarla respublikaçılar arasında ən böyük fikir ayrılığı bir məsələylə bağlıdır – Muller Trampın Rusiyadakı maliyyə fəaliyyətini araşdırmalıdırmı? Demokratların 92, respublikaçıların 39 faizi bu mövqeni dəstəkləyir. (Azadlıq Radiosu)