XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

28 Mart 2018 - 13:59

Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlanıb

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olan Membic əyaləti ilə bağlı məsələsini müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, o, ABŞ dövlət katibinin müavini ilə görüşəcək.

Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a səfər etməsi nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi bu səfərin təxirə salınmasına səbəb oldu.

Xatırladaq ki, Membicə hazırda ABŞ hərbçiləri və terrorçu PKK/YPG-PYD nəzarət edir. Rəsmi Ankara isə həmin əraziyə girəcəyini bildirir, Vaşinqtondan isə terrorçuların Membicdən çıxarılmasını tələb edir.