XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2018 - 14:07

“Moskva və London arasında gərginlik dünya ilə qarşıdurma demək deyil”- Peskov

“Moskva və London arasında münasibətlərin kəskinləşməsi Rusiyanın dünya ictimaiyyəti ilə qarşıdurması demək deyil. Dünya dövlətləri Britaniya ilə həmrəy olan ölkələrdən daha çoxdur”.

Strateq.az  RİA-ya istinadən bildirir ki, bunu prezidentin mətbuat katibi Dimitri Peskov bildirib. Onun sözlərinə görə, 20-30 ölkə dünya ictimaiyyətinin yalnız bir hissəsidir: “Dünya ictimaiyyəti  müxtəlifdir və özündə daha böyük sayda ölkələri birləşdirir”. O, bildirib ki, Rusiya öz mövqeyini dalana dirənmiş halda müdafiə etmək niyyətində deyil.