Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman ABŞ-dakı yəhudi icmasının liderləri ilə görüşüb.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, Məhəmməd bin Salman ABŞ-da iki həftəlik səfərdədir.
Bildirilib ki, Səudiyyə Ərəbistanı vəliəhdi İsrail ictimaiyyəti ilə əlaqələr üzrə Amerika Komitəsi, Antidiffamasiya Liqası, Amerika Yəhudi Komitəsi, “Bney Brit” və digər yəhudilərin başqa təşkilatlarının təmsilçiləri ilə görüşüb.
Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Tramp, onun müşaviri və kürəkəni Cared Kuşner, müdafiə naziri Ceyms Mettis, Yaxın Şərq üzrə xüsusi səfir Ceyson Qrinblattla da görüş keçirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında yarandığı vaxtdan indiyədək heç vaxt diplomatik münasibət olmayıb.