XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

28 Mart 2018 - 16:09

Ukrayna və İsrail arasında azad iqtisadi zona yaradılır

Martın 28-də Ukrayna və İsrail hökumət nümayəndələri iki ölkə arasında azad iqtisadi zonanın yaradılması haqqında razılaşmaya dair danışıqları başa çatdırıblar.

Azərtac xəbər verir ki, bu barədə Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna Baş nazirinin birinci müavini Stepan Kupiv jurnalistlərə açıqlamasında bildirib ki, iki ölkə arasında azad iqtisadi zonanın yaradılması Ukrayna mallarının ixracının artmasına öz töhfəsini verəcək. Bundan başqa, iki ölkə arasında idxal rüsumları azaldılacaq, ticarət əməliyyatları artacaq.

Ukraynanın Baş naziri Vladimir Qroysman isə vurğulayıb ki, bu razılaşma Ukrayna mallarının ixracatına yeni imkanlar açacaq və ukraynalı biznesmenlər üçün yeni bazar yaradacaq. Onun sözlərinə görə, 2017-ci ildə Ukraynadan İsrailə ixrac həcmi 781,2 milyon dollar olub.

Baş nazir bildirib ki, iki ölkə arasında azad iqtisadi zonanın yaradılmasına dair sazişin imzalanması üçün bir aydan sonra İsrailin Baş naziri Benyamin Netanyahu Ukraynaya səfər edəcək.