1993-cü ildən sonra Belarusun xarici işlər naziri səviyyəsində Böyük Britaniyaya ilk rəsmi səfər baş tutub.
Azərtac Belarus Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, martın 27-28-də xarici işlər naziri Vladimir Makey Böyük Britaniyada rəsmi səfərdə olub. Səfər çərçivəsində onun britaniyalı həmkarı Boris Consonla keçirdiyi görüşdə iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin inkişafı, həmçinin regionda, o cümlədən Avropada mövcud olan aktual problemlər müzakirə edilib. Hər iki nazir ölkələrinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyində keçirilən rəsmi görüşlərdən sonra iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına dair sənəd imzalanıb.