XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

28 Mart 2018 - 21:55

Nazir müavini:"Ermənistan ABŞ sanksiyaları təhlükəsinə baxmayaraq Rusiyadan silah alacaq"

"Ermənistan ABŞ sanksiyaları təhlükəsinə baxmayaraq Rusiyadan silah almağa davam edəcək".

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Ermənistan müdafiə nazirinin müavini, Dövlət Hərbi-Sənaye Komitəsinin başçısı David Pahçanyan bəyan edib.

"Əlbəttə, sanksiyalar problemdir, lakin qarşımızda təhlükəsizliyin təminatı vəzifəsi durur və biz maraqlarımızdan çıxış edəcəyik", – o bildirib.

Onun sözlərinə görə, ilk müdafiə krediti üzrə tədarük, demək olar, tam başa çatıb, işlərin davam etdirilməsi barədə razılaşma var.

Xatırladaq ki, 2015 və 2017-ci illərdə Rusiya və Ermənistan arasında ümumi məbləği 300 mln dollar olan iki müdafiə kredit sazişi imzalanıb.

ABŞ Prezidenti Donald Tramp 2017-ci il avqustun 2-də Rusiya, İran və KXDR qarşı “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında” (CAATSA) qanun imzalayıb.