Rumınyanın Çernavode şəhərində atom elektrik stansiyasında qəza baş verib.
Trend-in məlumatına görə, ümumi elektrik sistemində yaranmış nasazlıq səbəbindən stansiyada ikinci reaktorun fəaliyyəti dayanıb.
Stansiyada yaranmış problemin ətraf mühitə, işçi heyətə, eləcə də əhali üçün heç bir təhlükə yaratmadığı bildirilib.