XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

29 Mart 2018 - 16:10

İsrail qırıcıları İran ərazisinə daxil olub –Radarlar müşahidə edə bilməyib

herbi-teyyare.jpg

Bu ilin mart ayında İsrailin F-35 təyyarələri İran ərazisində əməliyyat keçirib.

Trend-in məlumatına görə, qırıcılar Suriya və İraq ərazisində kəşfiyyat uçuşları keçirərkən İranın ərazisinə daxil olub.

İsrail KİV-ləri yazır ki, təyyarələr Bəndər-Abbas, İsfahan və Şirazda ehtimal olunan nüvə obyektləri üzərində uçuşlar keçirib.

Qeyd olunur ki, F-35 təyyarələrini nə Suriya, nə İran, nə də Rusiya radarları müşahidə edib.

İsrail rəsmi mənbələri bu barədə açıqlama verməyib.