Suriyada ABŞ və Rusiyanın dəstəklədiyi silahlı qruplaşmaların toqquşmasının qarşısı son anda alınıb.
Gərginliyə tərəflər arasındakı telefon danışığından sonra son qoyulub.
Həftənin əvvəlində baş verən gərginliyin detallarını ABŞ-ın Müdafiə naziri Ceyms Mettis açıqlayıb.
“Hadisə Fəratın şərqində Deyr əz-Zor bölgəsində baş verib. Rusiyanın dəstəklədiyi qüvvələr daha yaxın mövqe qazanmaq üçün hərəkətə keçmişdi”, – Mettis bildirib.
Mettis həmçinin ABŞ Baş Qərargah rəisi general Cozef Danfordla rusiyalı həmkarı Valeri Gerasimovun görüşünün münaqişəyə son qoyduğunu qeyd edib: “Rusların dəstəklədiyi qüvvələr geri çəkildi, biz də çox az çəkildik”.
Axar.az