XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2018 - 10:54

Türkmənistan prezidentinin oğlu parlamentə seçildi –91 faiz səslə

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar ölkə Məclisinə deputat seçilib.

Trend-in məlumatına görə, prezidentin oğlu "Duşak" seçki dairəsindən namizədliyini irəli sürüb. Səsvermə martın 25-də keçirilib. Bu dairədən 30 316 seçici qeydiyyatdan keçib. Sərdar Berdiməhəmmədovun rəqibi 10 saylı təlim-tərbiyə müəssisəsinin direktor müavini Kaka Oqulceren Qurdov olub. Prezidentin oğlu seçicilərin 91,42 (25 700 nəfər) faizinin səsini qazanıb. Oqulceren Qurdova isə 2412 nəfər (8,58 %) səs verib.