XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2018 - 15:49

Ərdoğan Makrona sərt cavab verdi:“Fransanın terrorçudan şikayət etməyə haqqı qalmayıb”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyətini qəbul etməsinə sərt reaksiya verib.

 “Hürriyet” yazır ki, R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının vilayət təşkilatlarının rəhbərləri ilə görüşündə bildirib ki, terror təşkilatını yüksək səviyyədə qonaq edənlər bunun Türkiyəyə qarşı düşmənçilik mənası daşıdığını bilməlidir: “Ey Qərb! Sizin SDQ dediyiniz Suriya Demokratik Qüvvələri PKK terror təşkilatının aynasıdır. Guya onlar PKK deyilmiş. Bununla bizi aldatmağa çalışırsınız, halbuki biz onların hamısının təməlini bilirik. Hamısının kimliyi, ünvanları bizdə var. Deyirlər YPG-yə dəstək təminatı verdik. Sözə bax. Türkiyə ilə SDQ arasında vasitəçilik edə biləcəklərinə dair yayılan xəbər əgər doğrudursa, bunu söyləyən şəxsin həddini və boyunu açan bir sözdür bu. Bizim vasitəçiyə ehtiyacımız yoxdur. Türkiyə nə zamandan bəri terror təşkilatları ilə masaya oturub? Bunu haradan çıxarırsınız? Siz terror təşkilatı ilə masaya otura bilərsiniz, amma Türkiyə terror təşkilatları ilə Afrində olduğu kimi mübarizə aparır. Siz kimsiniz ki, bir terror təşkilatı ilə Türkiyə arasında vasitəçilik ifadəsini ağzınıza alırsınız? Bunların dostu YPG bölgəmizdəki ən əliqanlı, ən əxlaqsız, insanlıq düşməni terrorçu təşkilatdır. Bu tövründən sonra Fransanın heç bir terrorçudan, terror aksiyasından şikayət etməyə haqqı qalmayıb. Terrorçularla yatıb-qalxan, hətta onları saraylarda qonaq edənlər səhvlərini tez-gec anlayacaqlar. Suriyada canını qurtaran terrorçular ora doluşduqda ümid edirik ki, bizdən yardım istəməzlər”.

R.T.Ərdoğan E.Makron ilə son telefon danışığına da toxunub: “Gördüm qəribə-qəribə şeylər söyləyir, ona yüksək dalğadan cavab verdim”.

Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin tərkibində PKK terror təşkilatının Suriya qolu YPG də təmsil olunur.