İsrail hərbçilərinin HƏMAS-ın nəzarəti altında olan Fələstinin Qəzza zolağında aviazərbələr endirməsi nəticəsində 7 fələstinli ölüb, 500 nəfər isə yaralanıb.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, məlumatı Qəzza zolağının Səhiyyə İdarəsi yayıb. Bildirilib ki, Qəzza zolağı boyu sərhəddə fələstinli nümayişçilər təkərləri yandıraraq onu sərhəddəki İsrail hərbçilərinə doğru tullayıblar.