XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 Mart 2018 - 18:38

Rusiya Ukraynanın 13 diplomatını ölkədən qovdu –Qərar

Ukraynanın Rusiyada fəaliyyət göstərən 13 diplomatı ölkədən çıxarılır.

Bu barədə Rusiya XİN-dən bildirilib. Qeyd edək ki, bu gün Rusiya 10 ölkənin (Estoniya, Latviya, Litva, Çexiya, Polşa, İtaliya, Finlandiya, Niderland, İsveç və Böyük Britaniya) diplomatının ölkədən çıxarılması barədə qərar verib.

Bu barədə həmin ölkələrin səfirlərinə Rusiya XİN-ə çağrılaraq bildirilib. Belə ki, Rusiya 3 çexiyalı, 1 latviyalı, 3 litvalı, 4 polşalı, 2 italiyalı və 1 finlandiyalı diplomatın ölkədən çıxarılması barədə bəyan edib. Bundan başqa, İsveçin 1 diplomatı və Estoniyanın hərbi attaşesi Toomas Peda da Rusiyadan çıxarılır. Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 20-dən çox ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.

İlk olaraq isə həmin işlə əlaqədar Böyük Britaniya 100 rusiyalı diplomatı ölkədən çıxarmışdı. (modern.az)