XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2018 - 19:34

Rusiya qitələrarası ballistik raket sınağı həyata keçirdi –Müdafiə Nazirliyi açıqladı

Rusiya bildirir ki, yeni Sarmat qitələrarası ballistik raketin sınağını həyata keçirib.

Müdafiə Nazirliyin qəzeti deyir ki, Plesets kosmodromunda keçirilən son sınaq raketin buraxılışdan öncəki hazırlıqları zamanı sisteminin parametrlərini və raketin ilkin uçuşunu təsdiq edib. Rusiya Müdafiə Nazirliyi cümə axşamı Baltik dənizində “növbəti tamamlanmaqda olan atəş məşğələləri” haqqında məlumat yayıb.

Latviyanın müdafiə naziri bildirib ki, cümə axşamı Rusiyanın Baltik dənizində Latviya və İsveç arasındakı ərazidə 4 və 6 aprel tarixlərində yeni raket sınaqları keçirmək niyyətindən narahatdır. (Amerikanın Səsi)