XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 Mart 2018 - 20:06

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı:“Rakkada ərəblərin üsyanı başlanıb”

Rakka ətrafındakı bölgələrində olan ərəb əhalisi ABŞ-ın nəzarətində olan qruplaşmalara qarşı üsyana başlayıb.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi general-polkovnik Sergey Rudski deyib. Onun sözlərinə görə, üsyan martın 25-də Əl Mənsur rayonunda başlayıb. Üsyana səbəb ABŞ-ın dəstəklədiyi qruplaşmaların ərəblərin yaşadığı ərazilərdə özlərini işğalçı kimi aparmaları olub.

O, Suriya Demokratik Qüvvələrinin bölgədə yaranan humanitar problemlərlə bacarmadığını bildirib: “Yerli ərəb əhali repressiya və ayrı-seçkiliyə məruz qalır. Bu, yerli əhalidə kəskin narazılıq yaradır. Rakkada vəziyyət hələ də fəlakətlidir”.

Qeyd edək ki, Suriyanın Rakka şəhərində yerli sakinlərin ABŞ-ın dəstəklədiyi Demokratik Suriya Qüvvələrinə qarşı qiyam qaldırmasının səbəbləri araşdırılır. Yayılan məlumata görə, qiyama səbəb tayfa rəhbərlərindən birinin həbsidir.

Ancaq ekspertlər qiyamın əslində Vaşinqton və terrorçulara qarşı olduğunu iddia ediblər. (axar.az)