XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

30 Mart 2018 - 22:40

Rusiya Avropa səfirlərinə nota verdi, ABŞ etiraz etdi:“Moskva qurban kimi çıxış etməməlidir”

Rusiyanın Xarici İşlər Nazirliyi rus diplomatlarını ölkədən çıxaran dövlətlərin diplomatlarına etiraz notası təqdim edib.

Almaniya səfiri nazirliyi tərk edərkən, Hollandiya, Ukrayna, Fransa, İtaliya və Polşa səfirləri binaya daxil olarkən müşahidə edilib. Ağ Ev ABŞ-ın diplomatlarının Rusiyadan çıxarılmasına heç bir əsas olmadığını bildirib. Bəyanatda deyilib ki, Moskvanın əməlləri gələcək münasibətlərə mənfi təsir göstərəcək. Dövlət katibinin ictimai əlaqələr üzrə yardımçısı Heater Nuert Rusiyanın qərarını tənq edib. O bildirib ki, Rusiya qurban kimi çıxış etməməlidir, qurbanlar yalnız martın 4-də zəhərlənən sabiq rus casusu və onun qızıdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 60 ABŞ diplomatının ölkədən çıxarılacağını bəyan edib. Bu, sabiq rus casusunun Britaniyada zəhərlənməsinə görə Vaşinqtonun 60 Rusiya diplomatını ölkədən qovmasına cavab mahiyyəti daşıyır. Lavrov ABŞ-ın Sankt Peterburqdakı konsulluğunun da bağlanacağını qeyd edib.

Britaniya hökuməti martın 4-də baş vermiş hadisənin hərbi dərəcəli Noviçok sinir qazı ilə törədildiyini, buna görə Moskvanın məsuliyyət daşıdığını bildirib. Bu hadisədən sonra Qərbin 28 ölkəsindən 150-dən çox rusiyalı diplomat çıxarılıb. Rusiya iddiaları rədd edir.

ABŞ prezidentinin bu həftə Britaniyanın baş naziri ilə telefon söhbəti zamanı Teraza Mey müttəfiqlərinin addımlarını yüksək qiymətləndirib. O deyib ki, biz çiyin-çiyinə Rusiyaya göstərdik ki, beynəlxalq qanunlara göz yumduğuna susa bilmərik. Mey bu addımı diplomatların qovulması tarixində ən böyük hadisə adlandırıb.

ABŞ prezidenti Donald Tramp 60 Rusiya “kəşfiyyat zabiti”ni ölkədən çıxarmağa, Sietldəki Rusiya konsulluğunu bağlamağa göstəriş verib: “Birləşmiş Ştatlar bu addımı NATO müttəfiqləri və dünyadakı tərəfdaşları ilə birgə olaraq Rusiyanın dünya boyunca sabitliyin pozulmasına yönəlik davranışına və son olaraq Birləşmiş Krallıq ərazisində hərbi dərəcəli kimyəvi silah hücumu törətməsinə cavab olaraq atır,” Ağ Evin bəyanatında bildirilir. (Amerikanın Səsi)