XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Mart 2018 - 23:03

Fələstində 31 mart milli matəm günü elan olundu –İsrail Qəzzədə 15 nəfəri öldürdü, 500-dən çox yaralı var

Fələstin lideri Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib.

APA-nın məlumatına görə, bu barədə Fələstinin “Wafa” agentliyi xəbər verib.  Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, yüzlərlə insan xəsarət alıb. Bu gün Qəzza zolağında ənənəvi "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər.