XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

31 Mart 2018 - 18:04

Binəli Yıldırım:"Moskva və Ankaranın əməkdaşlığı regiona müsbət təsir göstərir"

Ankara və Moskvanın dialoqu region ölkələri, o cümlədən Balkan dövlətləri üçün üstünlükdür.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bosniya və Herseqovinaya səfərinin nəticələri barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Ankaranın Moskva ilə əlaqələri regiona yalnız müsbət təsir göstərir”, – deyə Binəli Yıldırım qeyd edib. Onun sözlərinə görə, Türkiyə və Rusiya iki qonşu ölkədir və onların münasibətləri regiondakı proseslərə mənfi təsir göstərə bilməz. Baş nazir, həmçinin vurğulayıb ki, Türkiyə ilə Rusiya arasında dialoq Ankara və Vaşinqton arasında gərginliyə səbəb olmayacaq.

“Rusiya ilə münasibətlər başqa, ABŞ-la əlaqələr isə tamam başqadır. Türkiyə Balkanlarda, Cənubi Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə sülh və sabitliyin tərəfdarıdır. Humanitar dramlar və qaçqın axınları dayanmalıdır”, – deyə o bildirib.

Bununla yanaşı, Türkiyə hökumətinin başçısı Suriya məsələsində Vaşinqtonla fikir ayrılıqlarının olduğunu da qeyd edərək deyib: “Vaşinqton Suriyada Ankaranın terror qruplaşması hesab etdiyi qüvvələrlə əməkdaşlıq edir. Türkiyə tərəfi hər dəfə bunu ABŞ-a xatırladır”.