XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 April 2018 - 13:47

ABŞ diplomatları Sankt-Peterburqdakı baş konsulluğun binasını tərk edib

ABŞ diplomatları Rusiyanın  Sankt-Peterburq şəhərindəki baş konsulluğunun binasını tərk ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 5-7 səfirlik əməkdaşından  ibarət sonuncu qrup gecə saatlarında binanı tərk edib. Onlar mikroavtobusa əyləşərək ərazidən uzaqlaşıblar.

Daha sonra binadan obyekti təhvil alan komissiya üzvləri çıxıb.