Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov oğlu Sərdarı xarici işlər nazirinin müavini təyin edib.
Bundan əvvəl isə yerli media Sərdar Berdımuhammedovun seçicilərin 91 faizinin dəstəyini qazanaraq deputat seçilməsi haqda məlumat yayıb. Seçkilər martın 25-də keçirilib. Sərdarın rəqibi məktəb müəlliməsi olub. Müşahidəçilər Türkmənistan prezidentinin oğlunun hakimiyyət pillələrini asanlıqla qalxa bilməsini ölkədə sülalə rejiminin formalaşması yönündə növbəti addım sayırlar. Türkmənistan konstitusiyasına görə, parlament ikinci mühüm hakimiyyət qoludur. Əgər prezident səlahiyyətlərini icra edə bilməzsə, onu parlamentin sədri əvəzləyir. Hazırda Türkmənistan parlamentinin sədri Akca Nurberdıyevadır.
Azad Avropa və Azadlıq Radioları Korporasiyasının Orta Asiya üzrə eksperti Brüs Panier deyib ki, Nurberdıyevanın 61 yaşı var və o, ölkədə qadınlar üçün minimum pensiya yaşını 4 ildir ki adlayıb. Əgər o, vəzifədən gedərsə, Sərdar Berdımuhammedovun de-fakto prezidentin varisi olmasına yol açılacaq.