XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 April 2015 - 06:54

Papanı dəstəkləyən erməni müşavir: “Yeganə dəyişiklik odur ki, maaş almıram»

«Soyqırım»ın 100 illiyi yaxınlaşdıqca Türkiyəyə ardıcıl zərbələr endirilir. Bu, bir növ, Türkiyə və onun dostları üçün test xarakteri də daşıya bilər. Dostu-düşməni tanımaq baxımından.

Bəlli oldu ki, həmin düşmənlərdən ən başlıcasının Türkiyə hökuməti yuxarı başda əyləşdirib. Nə qədər qəribə olsa da, Roma Papasından sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun baş müşaviri, milliyyətcə erməni olan Etyen Mahçupyan da «erməni soyqırımı» ifadəsi işlədib. Erməni müşavir belə deyib: «Bosniya və Afrikada yaşananların soyqırım olduğu qəbul edilərkən, 1915-ci ildə ermənilərə edilənlərə soyqırım deməmək mümkünsüzdür». Necə deyərlər, erməni xisləti hər yerdə özünü göstərmiş olur. Hökumətin yuxarı qatında bəslənən erməninin fikirləri Türkiyədə böyük rezonansa səbəb oldu.

Azərbaycanın özündə də məsələyə kəskin etirazlar bildirilir. Millət vəkili Fazil Mustafanın sözlərinə görə, Türkiyə siyasətinin konturlarını izləmək üçün ilk öncə Etyen Mahçupyanın açıqlamalarına diqqət yetirmək gərəkdir: «Mahçupyanın sözlərinə görə, Roma Papasının açıqlamasında siyasi nəsə axtarmağa heç bir ehtiyac yoxdur. Avropa Parlamenti qərarını qəbul etdi. Dedi ki, «soyqırım» olub. Hər halda gözlənilən idi. Ancaq bu qərarı qəbul edən avropalılar Rusiya ilə problemlərin çözülmədiyi bir vaxtda yeni cəbhə açmağı özlərinə uyğun gördülərsə, indi Türkiyənin alacağı qərar çox daşları yerinə oturda bilər.

Ancaq Türkiyənin də sağlam və rasional qərar alacağını gözləmək bir qədər çətindir. O vəziyyətə gəlib çıxmışıq ki, Türkiyə siyasətinin konturlarını izləmək üçün ilk öncə Etyen Mahçupyanın açıqlamalarına diqqət yetirirəm. Sonra rəsmi şəxslərin, partiya liderlərinin açıqlamalarına baxıram. İndi hansı addımı atacaqlarğ Mahçupyan nə fikirləşirğ Erməni «soyqırım»ının Türkiyə Parlamentində tanınması üçün orada neçə erməni və PKK-kürd vəkili sayı tamamlanmalıdırğ Hər dəfə deyirik ki, Azərbaycan bu mövzuda Türkiyəyə dəstək verməlidir, indi rəsmi Türkiyə özü erməni ağlı ilə oturub-durursa, biz hansı fədakarlığı edə bilərikğ Türkiyədəki yönətici qardaşlarımıza üz tutub demək istəyirsən ki, bəylər, erməniləri boynunuzda oturtrmaq siyasətiniz iflasa uğradı, kənarda hamı öz qərarını verib, populist çıxışlarla bu qərarı dəyişmək olmaz, hətta Roma Papasının pedofil dəstəsi də Türkiyəyə gəlib ermənilərin yağ-bal içərisində yaşadığı vəziyyəti görəndən sonra fikir dəyişməyibsə, izafi izahatlara ehtiyac qalmır. İndi birinci addım kimi, başlayın addım-addım qanunsuz miqrasiya etmiş erməniləri ölkədən çıxarmağa. Xocalı hadisələrinə «qətliam» deyib aradan çıxmayın, birbaşa Parlamentdə SOYQIRIM kimi tanıyın. Sərhədlərin bundan sonra açılmasının mümkün olmayacağını bəyan edin və sairə və ilaxır. Biz də bu addımları, siyasəti cani-könüldən dəstəkləyək».

Dünən günün ikinci yarısında bəli oldu ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli baş müşaviri Etyen Mahçupyan tutduğu vəzifədən azad edilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, E.Mahçupyan yaş həddi ilə əlaqədar olaraq vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda Mahçupyan bu məsələ ilə bağlı «Hurriyyet»ə danışıb. Bildirib ki, onu yaş həddinə görə işdən kənarlaşdırıblar: «Bu mərhələdə vəzifəmə fəxri olaraq davam edirəm. Hazırda ölkə xaricindən işlərimi davam etdirirəm. Yeganə dəyişiklik odur ki, maaş almıram».

Məhəmmədəli QƏRİBLİ