XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2018 - 21:15

Əfqanıstanda aviazərbə nəticəsində azı 60 dinc sakin ölüb –25 nəfər isə terrorçu məhv edilib

Əfqanıstan Hərbi Hava Qüvvələrinin Qunduz şəhərindəki mədrəsəyə endirdiyi aviazərbələr nəticəsində azı 60 dinc sakin ölüb, 50 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə “Pajhwok” agentliyi senator Abdullah Karlaka istinadən xəbər yayıb. O bildirib ki, ümumilikdə 85 nəfər ölüb. Ölənlərdən 60-ı dinc sakin, 25-i isə “Taliban”çılardır.

Mədrəsənin “Taliban”ın nəzarəti altında olduğu deyilir. Hərbçilərin məlumatına görə, zərbə zamanı içəridə 200-ə yaxın şəxs olub. Onların arasında “Taliban”ın yüksək səviyyəli nümayəndələrinin olduğu da hesab edilir. BMT-nin Əfqanıstana dəstək üzrə missiyası dinc sakinlərin ölmə ehtimalının araşdırdığını bəyan edib.