XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2018 - 22:20

“Rusiya və İran Suriya xalqı qarşısında məsuliyyət daşıyır” –İranın müdafiə naziri

"İran Suriyada son terrorçu məhv edilənə və sabitlik bərpa olunana kimi Rusiya ilə əməkdaşlıq etməyə hazırdır".

Bu sözləri İran Müdafiə naziri Əmir Hatəmi rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşündə deyib.

“Biz sözsüz ki, Suriyada sabitlik bərpa olunana kimi əməkdaşlığı davam etdirəcəyik. Biz Rusiya ilə Suriya xalqı qarşısında məsuliyyət daşıyırıq və vəzifəmizi tamamən yerinə yetirəcəyik”, – nazir bildirib/Axar.az.