XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 April 2018 - 11:15

Astanada Suriya üzrə növbəti iclas keçiriləcək

Suriyadakı vəziyyətin nizamlanması üzrə növbəti danışıqlar yenə Astanada mayın 14-15-də keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Suriya üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Alkesandr Lavrentev deyib.

Qeyd edək ki, bu, artıq sayca 9-cu iclas olacaq.

Astanada mütəmadi keçirilən Suriya üzrə danışıqlarda Rusiya, Türkiyə, İran, eləcə də Suriya nümayəndələri iştirak edir.