XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 April 2018 - 12:03

Sergey Şoyqu:"İŞİD indi Afrikaya keçir"

Suriya və İraqda İŞİD terror qruplaşmasının darmadağın olunmasından sonra silahlılar müxtəlif regionlara yayılır.

Trend-in məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

O qeyd edib ki, İŞİD üzvləri, xüsusilə Afrika ölkələrinə keçir. Bəzi radikallar isə Avropaya qayıdır.

S.Şoyqu deyib ki, bu amil transsərhəd cinayətkarlığın inkişafına xidmət edir.

O əlavə edib ki, Liviyanın parçalanmış vəziyyətdə olması regionda terrorçuların yayılmasına yol açır.