XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2018 - 15:11

Rusiyalı general:“ABŞ Fərat çayının şərq sahilində öz nəzarətində olan kvazidövlət yaratmağa çalışır”

“ABŞ Suriyada Fərat çayının şərq sahilində öz nəzarətində olan kvazidövlət yaratmağa çalışır”.

Trend-in məlumatına görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy deyib.

Onun sözlərinə görə, bölgədə öz yerli idarəetmə orqanları və hətta silahlı qüvvələri olan dövlətin yaradılması cəhdləri müşahidə olunur.

S.Rudskoy əlavə edib ki, Suriya ordusu ölkədə müharibənin davam etdiyi müddətdə 65 minə yaxın terrorçu məhv edib.