XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2018 - 20:46

Moskvada ticarət mərkəzində baş verən yanğın nəticəsindəbir nəfər həlak olub

Moskvada yerləşən “Uşaqlar üçün Persey” ticarət mərkəzində baş verən yanğın nəticəsində bir nəfər həlak olub, 6 yanğınsöndürən zərər çəkib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Azərtac Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Moskva Şəhər Baş İdarəsinin məlumatına istinadla xəbər verir ki, ticarət mərkəzinin ziyarətçiləri arasında ölən və zərər çəkən yoxdur. Həlak olan mərkəzin işçisidir. O, tüstü ilə dolu binada müvazinətini itirib və çıxışı tapmayıb.

Yanğın söndürülən qərargahdan bildiriblər ki, yanan ticarət mərkəzindən 20 nəfər xilas edilib, daha 600 nəfər təxliyə olunub.

Hazırda söndürülən yanğının əhatə dairəsi ümumilikdə 80 kvadratmetrdir.