XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2018 - 20:56

Gürcüstanda ərzaq məhsullarının, kommunal xidmətlərin qiymətləri artdı- Səbəb

Cari ilin mart ayında Gürcüstanda inflyasiya 0,4 faiz olub. Bu da 2017-ci ilin mart ayı ilə müqayisədə 2,8 faiz çoxdur.

Azərtac Gürcüstan Mili Statistika Xidmətinə istinadla xəbər verir ki, inflyasiyanın artması ölkədə bir sıra ərzaq məhsullarının qiymətlərinin və kommunal xərclərin artmasına səbəb olub.

Belə ki, 2017-ci ilin mart ayı ilə müqayisədə spirtli içkilərin qiyməti 1,1 faiz, tütün məhsullarının qiyməti isə 11,2 faiz artıb. İlin əvvəlindən ölkədə alkoqolsuz içkilərin qiyməti 1,6 faiz, süd, pendir, digər süd məhsulları və quş yumurtasının qiymətləri 4,9 faiz artıb.

Keçən illə müqayisədə meyvənin qiyməti 25,6 faiz bahalaşıb. Keçən ilin mart ayından bu günədək ət məhsullarının qiyməti 4,4 faiz, kərə yağı 3,2 faiz, kofe, çay və kakaonun qiyməti 2,9 faiz artıb. Eyni zamanda, tərəvəzin qiyməti 7 faiz, balıq məhsullarının qiyməti isə 2,8 faiz bahalaşıb. Amma şəkər, mürəbbə, bal və şokolad kimi şirniyyat məhsullarının qiymətləri 2,5 faiz ucuzlaşıb.

Statistika Xidmətinin məlumatında deyilir ki, kommunal xidmətlərin haqqı da 4,7 faiz artıb. Ötən ilin mart ayından bu günədək elektrik enerjisi və təbii qazın qiymətləri 5,4 faiz, suyun qiyməti 7,7 faiz bahalaşıb.

Səhiyyə sistemində də xidmətlərin haqqı 3,7 faiz artıb.