XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2018 - 21:12

Çinin Birləşmiş Ştatların tarif siyasətinə cavabı gecikmədi

Çin hökuməti avtomobil, kimyəvi məhsullar, tütün və soya daxil olmaqla, ABŞ-dan idxal edilən 106 adda məhsula əlavə 25 faiz, ümumilikdə, 50 milyard dollar dəyərində yeni tariflər tətbiq edəcək.

Azərtac xəbər verir ki, Çin Kommersiya Nazirliyinin bəyanatında bunun Birləşmiş Ştatların ölkədən idxal olunan təxminən 1300 adda məhsula əlavə tariflər tətbiq etməyə hazırlaşması ilə bağlı son qərarına cavab addımı olduğu bildirilib. Çin hökumətinin qərarı ABŞ-ın Çin məhsullarının rüsumlarını artırmağa başladığı vaxtdan qüvvəyə minəcək.

Çinin yeni tariflər tətbiq edəcəyi ABŞ məhsulları arasında ən çox diqqət çəkən soya paxlasıdır. Belə ki, Çin soyanı ən çox idxal edən ölkə (ildə təxminən 100 milyon ton), ABŞ isə bu bitkinin Çinə ən böyük idxalçısıdır. Çinin xaricdən aldığı soyanın 30 faizdən çoxu Birləşmiş Ştatların payına düşür. Çin həm də ABŞ-ın xaricə satdığı soyanın əsas hissəsini (60 faiz) alır. Belə demək mümkünsə, soya Çin-ABŞ ticarət əlaqələrində vacib elementlərdən biridir.

ABŞ Soya İxracatçıları Şurasının bir müddət əvvəl yaydığı rəyə əsasən, əgər Çin Birləşmiş Ştatlardan idxal olunan soyaya 30 faizə qədər əlavə rüsum tətbiq edərsə, onda ölkənin Çinə soya ixracı 70 faiz azalar, ümumi soya istehsalı isə 17 faiz aşağı düşər.

Şahin Cəfərov