XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 April 2018 - 21:35

ABŞ 70 milyon dollar ayıracaq- Baltik ölkələrinə

ABŞ Litva, Latviya və Estoniyaya 100 milyon dollar məbləğində iriçaplı döyüş sursatları verməyi planlaşdırır. Həmçinin hərbi yardıma əlavə olaraq 70 milyon dollar ayrılacaq.

Azərtac xəbər verir ki, Ağ Evin Prezident Donald Trampın Baltik ölkələrinin liderləri ilə zirvə görüşünün nəticəsinə dair bəyanatında hərbi yardımın bu dövlətlərin milli silahlı qüvvələrinin və milli təhlükəsizlik qüvvələrinin imkanlarını möhkəmləndirəcəyi qeyd edilir. ABŞ-ın beş mindən çox hərbi qulluqçusu Baltik regionunda olduqca böyük tədbir sayılan Saber Strike təlimlərində çoxmillətli qüvvələrə qoşulacaq.

Qeyd edək ki, Latviya, Litva və Estoniya rəhbərləri hazırda ABŞ-da işgüzar səfərdədirlər.