XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 April 2018 - 22:17

Ukraynada elektron vizanın tətbiqinə başlanılıb- Xarici vətəndaşlar üçün

Ukraynada bu gündən xarici vətəndaşlar üçün elektron vizanın tətbiqinə başlanılıb. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Artıq xarici vətəndaşlar Ukraynaya işgüzar və ya turistik səfər edərkən elektron viza ala biləcəklər. Elektron vizanın qeydiyyatı üçün anket, müvafiq sənədlər onlayn doldurulmalı, bank kartları ilə rüsum ödənilməlidir. Elektron vizanı 46 ölkənin vətəndaşları ala bilər.