XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

05 Aprel 2018 - 00:12

“Tereza Mey Ərdoğandan nümunə götürüb, Moskvadan üzr istəməlidir” –Rusiyalı deputat

İngiltərə Baş naziri Tereza Mey Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan örnək götürüb, Skripal olayı ilə bağlı Rusiyadan üzr istəməlidir.

Bu sözləri Rusiyalı deputat Adalbi Şaqoşev deyib.

“Əlbəttə Tereza Meydən Şərq hikmətliliyini göstərməsi tələb edilə bilməz. Fəqət beynəxalq siyasi qarşıdurmalarda ən çətin dönəmlərin belə geridə qoyulmasına dair faktlar mövcuddur. Türkiyənin 2015-ci ildə Rusiyaya məxsus F-16 qırıcısını vurmasından sonra iki ölkə arasında gərginlik yaşandı. Lakin sonradan Ərdoğan siyasətçiyə yaraşan şəkildə həmkarından üzr istədi”, – deyə deputat bildirib/Axar.az.