XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

05 Aprel 2018 - 19:13

İngiltərənin “Deyli Ekspers” qəzeti Ərdoğanın planından yazdı:"O, Osmanlını yenidən diriltmək istəyir"

İngiltərənin “Deyli Ekspers” qəzeti son dönəmdə gərginləşən Türkiyə-İsrail münasibətləri ilə bağlı olduqca diqqətçəkən məqalə yayımlayıb.

Yazı Türkiyənin “Yeni Şəfəq” qəzetinin təxminən 4 ay öncə yaydığı məqaləyə istinadən paylaşılıb.

“Türk dövlətinin sözçüsü” kimi təqdim edilən qəzetdə İsrailə qarşı İslam ordusunun yaradılması çağırışı edildiyi bildirilir.

Belə ki, belə bir ordu 5.206.100 nəfərlik olub, müdafiə büdcəsi 175 milyard dollara çatacaq: “Ərdoğan bu təklifə dəstəyini istisna etmir və o, Osmanlını yenidən diriltmək istəyir. Bu səbəblə Qətər və Somalidə hərbi bazalar yaratdı. Son olaraq Qırmızı dənizdə də hərbi baza yaratmaq üçün Sudana məxsus adanı əldə etmək üçün razılığa gəlib”.

Axar.az