XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 April 2018 - 22:39

“Menbiçin coğrafiyası partizan savaşına uyğun deyil” –Rusiyalı ekspert

“Menbiçin coğrafiyası partizan savaşına uyğun deyil”.

Bu sözləri rusiyalı ekspert Aleksey Fenenko rakkalı döyüşçülərin ABŞ hərbi bazasına hücumuna münasibət bildirərkən deyib.

“Partizan savaşına şübhə ilə yanaşıram. Tək sadə səbəbi var. Orada partizan savaşına uyğun yer yoxdur. Meşə, cəngəllik, dağ yoxdur. İstənilən qüvvələrin çöllük ərazidən keçidini havadan müəyyən etmək və məhv etmək mümkündür. Yaxın Şərqdə savaşlarda bütün partizan hərəkatları yalnız iri şəhərlərdə baş tutub”, – deyə Fenenko bildirib.

Qeyd edək ki, Rakkadakı xalq milis dəstələrinin döyüşçüləri Suriyanın Eyn-İssa şəhərindəki ABŞ bazasına hücum etmişdilər.

Onlar bəyanatında Suriyanın şimalında ABŞ, Türkiyə və onların müttəfiqlərinin mövcudluğunu qəbul etməyəcəklərini açıqlamışdılar/Axar.az.