Türkiyə ordusunun İraqın şimalına endirdiyi hava zərbələri nəticəsində 14 terrorçu məhv edilib.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, aprelin 5-də İraqın şimalında yerləşən Hakurk bölgəsində keçirilən antiterror əməliyyati nəticəsində terrorçuların 13 sığınacağı da dağıdılıb.