XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

06 Aprel 2018 - 19:03

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi –İri məmur və biznesmenlər “qara siyahıda” ADLAR

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda Birləşmiş Ştatların Maliyyə Nazirliyinin məlumat yayıb.

Siyahıda Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərdə olan 24 biznesmen və məmurun adı olduğu bildirilir.(Oleq Deripaska, Mixail Fridman, Aleksey Dyumin, Sergey Fursenko, Süleyman Kərimov, Kirill Şamalov, Viktor Vekselberq, Andrey Akimov, Vladimir Boqdanov, Oleq Qovorun, Vladimir Kolokotsev, Konstantin Kosaçev, Andrey Kostin, Aleksey Miller, Nikolay Patruşev, Vladislav Reznik, İqor Rotenberq, Yevgeni Şkolov, Andrey Skoç, Aleksandr Torşin, Vladimir Ustinov, Aleksandr Jarov, Viktor Zolotov, Timur Valiulin)

Bundan başqa Rusiyanın En+, «Ренова», «Русал», «Русские машины», «Рособоронэкспорт», B-Finance və daha səkkiz şirkəti sanksiya siyahısına düşüb. Bu şirkətlərin hesabları dondurulub, onlarla biznes əlaqələrinin qurulması qadağan edilib.

ABŞ Maliyyə Nazirliyinin yaydığı press-relizdə bu və ya digər məmurun hansı səbəbdən sanksiya siyahısına daxil edildiyi izah olunub. Məsələn, Oleq Deripaskanın “Çirkli pulların yuyulması, konkurentlərin həyatına təhlükə yaratmaq, qanunsuz telefon dinləmələri, soyğunçuluq və reketdə şübhəli olduğu” qeyd edilib.