XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 April 2018 - 20:00

İtaliya prezidenti:“Minsk Qrupuna alternativ yaratmağa hazırlaşmırıq”

 

İtaliya ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində səylərini dəstəkləyir”.

“Report” Ermənstan KİV-inə istinadən xəbər verir ki, bunu İtaliya prezidenti Serco Mattarella Romada Ermənistanın dövlət başçısı Serj Sərkisyanlaa görüşdə bildirib.

Məlumata görə, prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub.

“İtaliya danışıqların başqa formatının yaradılmasını müzakirə etməyə hazırlaşmır. Biz ümid edirik ki, ATƏT-in Minsk qrupu münaqişə tərəfləri ilə birlikdə doğru yol tapacaq və münaqişə güzəştlər yolu ilə daha tez həllini tapacaq”, – deyə İtaliya prezidenti vurğulayıb.

S.Mattarella qeyd edib ki, İtaliya ATƏT-ə sədrliyi ərzində dondurulmuş münaqişələrin həllinə üstünlük verəcək.

Qeyd edək ki, İtaliya 2018-ci ilin yanvarından ATƏT-ə sədrlik edir.