XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

06 Aprel 2018 - 21:55

İran Qərb ölkələrinə xəbərdarlıq edib:“ABŞ-ın bu cəhdi cavabsız qalmayacaq”

  

“Hərtərəfli Birgə Fəaliyyət Planı pozulsa İran mütləq cavab addımları ataraq milli maraqlarını qoruyacaq”.

Bu sözləri İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi deyib.

O bildirib ki, ABŞ da daxil olmaqla İran ilə Qərb dövlətləri arasında 2015-ci ildə əldə olunan razılaşma BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınaraq təsdiq edilib. ABŞ-ın bu razılaşmanı pozmağa çalışması cavabsız qalmayacaq. Əli Əkbər Salehi ABŞ-a və bəzi Avropa dövlətlərinə xəbərdarlıq edib ki, razılaşma pozulsa və İrana qarşı yeni sanksiyalar tətbiq edilsə Tehranın cavabı çox sərt olacaq.

Xatırladaq ki, 2015-ci ildə İran ilə Qərb ölkələri arasında İranın nüvə proqramının məhdudlaşdırılmasına dair sənəd imzalanıb. Razılaşmaya əsasən İran sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramını dayandırmalıdır. Lakin ABŞ-ın prezidenti seçilən Donald Tramp bu razılaşmanı məqsədəmüvafiq hesab etmir və İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirir. Rəsmi Tehran nüvə proqramını dayandırsa da, Vaşinqton yeni iddia ilə çıxış edərək İranın raket proqramının da dayandırılmasını istəyir.

Siyasi müşahidəçilər hesab edirlər ki, İran raket proqramını da dayandırsa ABŞ yeni bəhanə taparaq qarşıdurmanı davam etdirəcək.