XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2018 - 10:16

Səudiyyə Ərəbistanı turizm layihəsi həyata keçirəcək- Qətərlə sərhəddə

Səudiyyə Ərəbistanının İnvestisiya İttifaqı Qətərlə sərhəddə su kanalı qazmaqla əmirliyi adaya çevirmək niyyətindədir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Azərtac xəbər verir ki, bu turizm layihəsini İnvestisiya İttifaqına daxıl olan doqquz şirkət həyata keçirəcək. Hazırda İttifaq layihənin başlanması üçün hökumətdən rəsmi icazə gözləyir.

Qeyd olunur ki, kanal qazma işləri 12 ay davam edəcək, onun eni 200 metr, dərinliyi 15-20 metr və uzunluğu 60 kilometr olacaq. Yeni dəniz yolu Səudiyyə Ərəbistanı krallığının Qətərlə quru sərhədinin kənarında yerləşən liman şəhəri Salvanı və Hur əl Adid rayonunu birləşdirə biləcək. Layihənin reallaşdırılması üçün 2,8 milyard Səudiyyə realı (747 milyon dollara yaxın) tələb olunur.

Layihə çərçivəsində krallığın yeni sahillərində özəl çimərliklərlə kurortlar və beş böyük otellərin inşası nəzərdə tutulur. Bununla yanaşı, yeni kanal rayonunda limanlar və Körfəzin digər ölkələrini səyahət etmək üçün iki kruiz şirkətinin yaradılması planlaşdırılır. Regionda, həmçinin azad ticarət zonasının yaradılacağı gözlənilir.

Xüsusi vurğulanır ki, kanal yalnız Səudiyyə Ərəbistanına məxsus olacaq, çünki su kanalı Qətərlə sərhəd xəttindən bir kilometr aralı qazılacaq. Qətərlə sərhəddəki torpaq sahəsi isə Səudiyyə Ərəbistanının hərbi müdafiə zonası kimi xidmət edəcək.