XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 April 2018 - 10:38

Donald Tramp Çin mallarına tarifi artırmağı təklif edib- 100 milyard dollaradək

Prezident Donald Tramp ABŞ Ticarət Nümayəndəliyinə Çin mallarına tariflərin 100 milyard dollaradək artırmaq imkanını nəzərdən keçirməyi tapşırıb. Donald Trampın bəyanatında bildirilir ki, Çin tərəfindən ədalətsiz cavab tədbirləri səbəbindən ABŞ Ticarət Nümayəndəliyinə tariflərin 100 milyard dollaradək artırılması imkanını nəzərdən keçirmək tapşırılıb. Bu cür tarifləri tətbiq etməyin mümkün olduğu malların siyahısını müəyyənləşdirmək lazımdır.

Azərtac xəbər verir ki, ABŞ-ın Ticarət haqqında qanunu prezidentə beynəlxalq ticarət sazişini pozan, yaxud hüquqa zidd, əsası olmayan, diskriminasiya xarakterli, ABŞ-ın kommersiya fəaliyyətini və ticarətini çətin vəziyyətə salan və məhdudlaşdıran xarici hökumətin istənilən əməliyyatını, siyasi akt və ya praktikasını aradan qaldırmaq üçün lazımi addımlar atmaq hüququ verir.

Xatırladaq ki, Çin tərəfinin ABŞ mallarına qarşı tarifləri Donald Trampın “Çinin iqtisadi təcavüzünə qarşı mübarizə haqqında” memorandumu imzalamasından 24 saat sonra buna cavab olaraq tətbiq edilib.