XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 April 2018 - 10:57

ABŞ sanksiya tətbiq etdiyi rusiyalılara viza verməyəcək

ABŞ hakimiyyəti cümə günü barələrində sanksiyalar tətbiq etdiyi rusiyalı sahibkarlar və dövlət qulluqçularına giriş vizaları verməyəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi deyib.

 

Vaşinqton bu dəfə Rusiyanın ən iri sahibkarları sırasına daxil olan yeddisinə qarşı sanksiya tətbiq edib. Bundan başqa 12 özəl şirkət, 2 dövlət strukturu, 17 dövlət qulluqçusu və dövlət korporasiyaları rəhbərlərinə qarşı da sanksiyalar tətbiq olunub.