XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2018 - 15:00

“Zeytun Budağı” əməliyyatı:zərərsizləşdirilən terrorçuların sayı dörd minə yaxınlaşır

“Zeytun Budağı” əməliyyatının gedişində indiyədək 3991 terrorçu zərərsizləşdirilib.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Bildirilir ki, əməliyyat çərçivəsində bu günə qədər 102 mina və 739 partlayıcı aşkar olunaraq məhv edilib.

Xatırladaq ki, Suriyanın Afrin bölgəsinin YPG/PKK terrorçularından azad edilməsi məqsədi daşıyan “Zeytun Budağı” əməliyyatı yanvarın 20-də başlayıb. Hazırda bölgədə nəzarəti tam ələ alan Türkiyə Silahlı Qüvvələri axtarış-təmizləmə əməliyyatlarını davam etdirir.