Bu ilin mart ayında yaradılmış və Angela Merkelin başçılıq etdiyi dördüncü AFR hökuməti gərgin şəraitdə işə başlayıb.
Azərtac xəbər verir ki, ARD telekanalının və “Die Welt” nəşrinin sifarişi ilə aparılmış sorğunun bu gün dərc edilmiş nəticələri göstərir ki, Almaniya sakinlərinin cəmi 32 faizi bu hökumətin fəaliyyətini bəyənir, almanların 64 faizi isə yeni hökumətdən narazıdır və ya “çox ehtimal ki, narazıdır”.
2017-ci ilin sentyabr ayında Almaniya sakinlərinin 51 faizi hökumətə müsbət münasibət bildirirdi, yəni son yarım il ərzində bu göstərici 19 faiz azalıb. Bununla belə, Angela Merkel öz nazirlər kabinetində ən populyar simadır. Rəyi soruşulanların 57 faizi onu yaxşı kansler hesab edir. Bu, 2017-ci ilin sentyabrındakı göstəricidən 18 faiz azdır. Populyarlığa görə ikinci yeri iqtisadiyyat naziri Peter Altmayer tutur. Almaniya sakinlərinin 55 faizinin fikrincə, Altmayer İqtisadiyyat Nazirliyinin yaxşı rəhbəridir.