XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 April 2018 - 20:39

Almaniyanın Münster şəhərində insanlara hücumla bağlıxüsusi əməliyyat aparılır

Yük maşınının insanların üzərinə sürüldüyü Münster şəhərində (Almaniya) polis xüsusi əməliyyat aparır.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, maşının sürücüsü özünü güllələyərək intihar edib.

Mətbuatın məlumatına görə, polis hadisədə iştirak etmiş daha iki nəfəri axtara bilər.

Digər kütləvi informasiya vasitələrinin məlumatına görə, hadisə baş vermiş ərazidə təhlükə aradan qaldırılıb. Məlumat dəqiqləşdirilir.

Son məlumatlara görə, hücum nəticəsində azı 3 nəfər ölüb, daha onlarla insan yaralanıb. Yaralılardan altısının vəziyyəti ağırdır.

Hücum yerli polis tərəfindən terror aktı kimi qiymətləndirilir.